Bizimsesimiz.info // Bunu Rusiya Xarici İşlər Nazirliyi nazir Sergey Lavrovun amerikalı həmkarı Rex Tillerson ilə ötən gün Filippinin paytaxtı Malinada keçirdiyi görüşlə bağlı verdiyi açıqlamada bildirib.

Açıqlamada qeyd olunub ki, Lavrov Tillerson ilə keçirdiyi görüşdə ABŞ-ın atdığı addımların səbəb olduğu Şimali Koreya ətrafındakı gərginliyin dərinləşdirilməsinin qəbuledilməz olduğunu söyləyib.

İki həmkarın görüşündə ABŞ-ın Rusiyaya qarşı qəbul etdiyi sanksiya qərarının qarşılıqlı əməkdaşlıq perspektivinə güclü zərbə endirdiyi vurğulanan açıqlamada bildirilib ki, görüşdə iki ölkə arasındakı vəziyyət müzakirə olundu. Lavrov ABŞ-da Rusiyaya qarşı qəbul edilən sanksiyalara dair qanunun səmimi olmadığını, beynəlxalq sabitlik üçün təhlükəli olan addımların zəncirinə daha bir haqlanın əlavə olunduğunu söylədi.

Rusiyanın ABŞ ilə dialoqu normallaşdırmağa hazır olduğu, amma səmimi olmayan və atıla biləcək addımlara da cavab veriləcəyi vurğulanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here