Bizimsesimiz.info // Koreya Xalq Ordusu avqustun ortalarında Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi bazalar istiqamətində zərbələr endirmək üzrə planını başa çatdıracaq.

Bu barədə Şimali Koreyanın mərkəzi teleqraf agentliyi məlumat verib.

Hərbi plan dörd “Xvason-14”  orta mənzilli ballistik raketin buraxılmasını nəzərdə tutur. Raketlər Yaponiyanın üç prefekturası üzərindən uçaraq Quam adasından 30-40 km aralıda okeana düşəcəklər. Bununla rəsmi Pxenyan ABŞ-ın Quam adasındakı hərbi bazalarını məhv etməyə qadir olması barədə Vaşinqtona siqnal ötürmək niyyətindədir.

Avqustun ortalarında Koreya Xalq Ordusu planı ölkə rəhbərliyinə təqdim edəcək. Onun həyata keçirilib keçirilməməsinə dair qərarı ölkə lideri Kim Çen In verəcək.

Son sutka ərzində ABŞ-la KXDR arasında münasibətlər kəskin gərginləşib. Şimali Koreyanın mərkəzi teleqraf agentliyi KXDR ordusunun Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb. Cavabında ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib. “Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər”, deyə D.Tramp bəyan edib. // Enter.News

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here