Şimali Koreya müxtəlif ölkələrə məktub göndərdi
Bizimsesimiz.info // Şimali Koreya Xarici İşlər Nazirliyi tərəfindən yazılan gizli məktubu ortaya çıxaran Avstraliya Xarici İşlər naziri Culi Bişop (Julie Bishop) oldu.
Şimali Koreya bəzi ölkələrə məktub göndərərək “çirkin və qorxusuz” Tramp rəhbərliyinə qarşı kəskin bir ayıqlıq nümayiş etdirməyə çağırı.
Şimali Koreya Xarici İşlər Nazirliyi tərəfindən yazılan gizli məktubu ortaya çıxaran Avstraliya Xarici İşlər naziri Culi Bişop (Julie Bishop) olub.
“Sdney Morning Herald”da yazılan xəbərə görə, məktub Şimali Koreyanın bir konsulluq işçisi tərəfindən Avstraliyanın İndoneziya Səfirliyinə verilib. Müxtəlif ölkələrin parlamentlərinə xitabən yazılan məktubda deyilir: “Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bir nüvə gücü olan Şimali Koreyaya nüvə müharibəsi təhdidilə diz çökdürəcəyini düşünürsə, bu, böyük bir səhv və cəhalət elanıdır. Qərb ölkələri insanlıq, beynəlxalq ədalət və barış üçün dünyanı dəhşətli nüvə müharibəsinə sürükləmək istəyən Tramp rəhbərliyinin çirkin və qorxusuz hərəkətlərinə qarşı kəskin şəkildə oyaq olmalıdır.”
Avstraliya Xarici İşlər naziri Culi Bişop bu məktubla bağlı deyib: “Bu, Avstraliya Xarici İşlər Nazirliyinin Şimali Koreyadan aldığı ilk məktubdur. Bu, açıq məktubdur. Dünyaya mesajı adətən bu şəkildə çatdırmırlar. Bu məktubu müttəfiq dövlətlərin yüksək təzyiqi, diplomatik və iqtisadi sanksiyaların tətbiqi, kollektiv strategiyanın işə yaradığı şəklində yozuram. Məktub beynəlxalq cəmiyyəti parçalamağa yönəlik çarəsiz bir cəhddir və Şimali Koreyanın təcrid edildiyini göstərir”.