Şimali Koreya vətəndaşlarının Çindən kütləvi axını başladı
Çində çalışan Şimali Koreya vətəndaşları BMT-nin son sanksiyaları və Pekinin miqrasiya siyasətini sərtləşdirməsindən sonra kütləvi şəkildə ölkələrinə qayıtmağa başlayıblar.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Cənubi Koreyanın “Renxap” agentliyi yayıb. Şimali Koreya vətəndaşlarının sayının, xüsusilə, Dandun şəhərində azaldığını bildirilir.
Qeyd edək ki, Çin bundan öncə BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı sanksiyalarına əməl edəcəyini açıqlayıb.