Bizimsesimiz.info // Şimali Koreyada qitələrarası ballistik raketlər üçün miniatür nüvə başlığı hazırlanıb.

Bizimsesimiz.info APA-ya istinadən xəbər verir ki, bu barədə “Washington Post” nəşri ABŞ kəşfiyyatındakı mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatında görə, Şimali Koreya nüvə ölkəsi kimi tam formalaşmaq üçün mühüm  mərhələni adlamaq üzrədir: “Bu proses Vaşinqtonun gözlədiyindən tez baş verib”.

“Washington Post” qeyd edir ki, müvafiq qiymətləndirmə Pentaqonun Kəşfiyyat İdarəsi tərəfindən  iyulda aparılıb. Qurum Şimali Koreyanın hazırladığı nüvə başlıqlarının real sayının ABŞ-ın əvvəllər ehtimal etdiyi 60 ədəddən çox olduğunu hesab edir.

Məqalənin müəllifləri 2006-cı ildən bu vaxtadək KXDR-in 5 nüvə sınağı keçirdiyini xatırladıblar.  Sonuncu nüvə sınağı 2016-cı ilin sentyabrın 9-da keçirilib. Sınaqdan keçirilən nüvə bağlığının gücü 1945-ci ildə Xirosimaya atılan bombadan iki dəfə güclü  – 20-30 kiloton təşkil etdiyini qeyd olunur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here