Bizimsesimiz.info // Şimali Koreyada 6.3 bal gücündə zəlzələ olub. Zəlzələnin Şimali Koreya tərəfindən ballistik raketlərə quraşdırılan hidrogen döyüş başlığının sınaqdan keçirilməsindən sonra olduğu açıqlanıb.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şimali Koreyanın bu il altıncı dəfə hidrogen bonbanı sınaqdan çıxarmasından sonra yerin 10 kilometr dərinliyində zəlzələ baş verib. Zəlzələyə hidrogen döyüş başlığının sınaqdan çıxarılmasının səbəb olduğu bildirilir.

Zəlzələ Çindən Cənubi Koreyayadək geniş bir ərazidə 5-10 saniyə hiss edilib.Təqribən 8 dəqiqə sonra 4.6 bal gücündə ikinci zəlzələ baş verib.

Bu zəlzələdən bir neçə saat əvvəl Şimali Koreya lideri Kim Çen İnin yeni bir hidrogen silahının yanında görüntüləri yayılmışdı.

Yaponiyanın xarici işlər naziri Şimali Koreyanın 6-cı ballistik raketi sınaqdan çıxardığını açıqlayıb.

Şimali Koreya isə hidrogen döyüş başlığının uğurla sınaqdan çıxarıldığı haqqında məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampla Yaponiyanın baş naziri Şinzo Abe arasındakı telefon danışığında Şimali Koreyanın böyüməkdə olan təklükə olduğu xüsusi vurğulanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here