“Simpsonlar” multserialı son bir neçə onilliyin ən məşhur cizgi filmlərindən sayılır.
“Ölkə.Az” xəbər verir ki, dünyada milyonlarla insan Homer, Marc, Bart, Liza və Meggi ilə tanışdırlar.
Bir çox hallarda serialın yaradıcı qrupu öncəgörmələrə yer veriblər. Bir müddət  sonra isə bu hadisələr baş verib. Bu gün oxuculara bu faktları təqdim edirik:
1. Donald Trampın prezidentliyi
Bir çox il əvvəl Donald Tramp xarakterik xarici görünüşü və özünə vurğunluğu ilə gülüş hədəfinə çevrilmişdi. 16 il əvvəl çıxan seriyada Bart gələcəyə uçur. Burada isə Liza Donald Trampdan sonra prezident seçilib! Liza deyir ki, Tramp ölkəni müflis edib.

16 ildən sonra Obamanın yerinə Ağ Evə Tramp rəhbərlik edir.

2. Yunanıstanda iqtisadi böhran
5 il əvvəl yayımlanan seriyada Homer Simpson xəbərlərin buraxılışına çıxır. Ekranda alt yazı ilə Avropanın Yunanıstanı “eBay”da satışa çıxardığı xəbəri gedir.

Üç il sonra isə Yunanıstanda iqtisadi böhran başlayır. Bütün Avropa İttifaqı Yunanıstanı böhrandan xilas etmək üçün maliyyə yardımı göstərir.

3. İqtisadçı Benqt Holmstryoma Nobel mükafatının verilməsi

2010-cu ildə yayımlanan seriyada Benqt Holmstryom Nobel mükafatının favoriti kimi təqdim edilib. 6 il sonra iqtisadçı bu mükafata layiq görüldü.

4. Ağ pələngin Roy Horna hücumu
1993-cü ildə yayımlanan seriyada iri ağ pələng təlimçilərinə hücum edir.

10 il sonra Ziqfrid və Roya ağ şir hücum edir.

5. Dünya çempionatında Almaniyanın Braziliyaya qalib gəlməsi
2014-cü ildə yayımlanan seriyada FİFA-dakı korrupsiya qalmaqalı və dünya kuboku çempionatında Almaniyanın qələbəsi göstərilib.

Bir neçə ay sonra Almaniya millisi Braziliyanı məğlub edir. FİFA isə korrupsiya qalmaqalı ilə üzləşir.

6. Ledi Qaqa superboul ilə
“Simpsonlar”da tez-tez idmançılar, müğənnilər və aktyorlar təsvir edilir. Məsələn, Ledi Qaqa qübbəyə asılı formada təsvir edilmişdi.

2017-ci ildə isə Ledi Qaqa konsert çıxışında məhz bu üsuldan istifadə etdi.

7. “Guitar Hero”nun peyda olması
Seriyaların birində “The Rolling Stones” qrupu peyda olur. Mik Caqqer və Kit Rİçards Homerə üzərində “Guitar Hero” yazısı olan gödəkçə pay verirlər.

Bir neçə il sonra eyni adla oyun ortaya çıxdı.

8. “The Rolling Stones” qrupunun ölümsüzlüyü
Qrup uzun illərdir ki, fəaliyyət göstərir və dağılmır. Amma 22 il əvvəl bunu sadəcə Simpsonlar ailəsi bilirdi. 1995-ci ildə yayımlanan seriyada Liza əri ilə yataqda uzanıb. Fonda isə “The Rolling Stones” qrupunun 2010-cu il qastrol səfərinin plakatı var.


9. Neymarın Dünya Kubokunda zədələnməsi
Seriyaların birində “El Divo” adlı futbolçu zədələnir və stadiona çıxa bilmir.

4 ay sonra Neymar Kolumbiya ilə oyunda eyni zədəni alır. Onun üzərində hətta eyni köynək var idi!

10. ABŞ-da casusluq qalmaqalı
Seriyaların birində Amerika hökumətinin adi insanların telefonunu dinlədiyi göstərilir.

6 il sonra Edvar Snouden bildirir ki, ABŞ milli təhlükəsizlik agentliyi adi vətəndaşların telefon danışığını dinləyir.

11. Trampın Səudiyyə Ərəbistanına səfəri
Seriyaların birində Trampın misir prezidenti və Səudiyyə kralı ilə ittifaq qurması göstərilib.

14 il sonra isə bu hadisə reallaşıb.

12. Telefonlarda avto korreksiya problemi
Müasir telefonlarda avto korreksiya problemlərə səbəb olur.

1994-cü ildə yayımlanan seriyada bu məsələ öz əksini tapıb.

13. Ebola epidemiyası
1997-ci ildə çıxan seriyada Marc Barta nağıl oxuyur. Kitabın üzündə isə “Hər şeylə maraqlanan Corc və Ebola virusu” yazılıb.

7 il sonra dünyada Ebola virusu başlayır.

14. Video zəng
Seriyaların birində Liza gələcəyə səfər edir. O, anası ilə video əlaqə vasitəsilə danışır. O dövrdə bu fantastika idi.

15 il sonra bu texnologiya smarfonlarda tətbiq edildi.

15. Nyu-Yorkda əkiz qüllələrə hücum
1997-ci ildə yayımlanan seriyada Nyu-Yorka ilk səfər təqdim edilir. Seriyada üzərində 9 dollara bilet reklamı olan jurnal var. 9 rəqəmi əkiz qüllələrlə və dollar işarəsi ilə təsvir edilib. Bir çoxları “9 September 11” yazısını görür.

4 il sonra isə əkiz qüllələr partladılır.

16. “Apple” saatları
Görünür, “Simpsonlar” texologiya sahəsində inqilabı təşviq edir. 1995-ci ildə çıxan seriyada dünyanın ilk smart-saatı göstərilib.

15 il sonra bu saatlar satışa buraxılır.


Hikmət Həsənov
Ölkə.Az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here