Siqaret ciyərlərinizi belə məhv edir – Eksperiment(VİDEO)

Əslən ispaniyalı olan bir qadın feysbukda maraqlı eksperiment paylaşıb.

Bizimsesimiz.info xəbər verir ki, qadın siqaretin insan orqanizminə zərərlərini əyani sürətdə göstərməyə çalışıb. Üzərinə insan şəkli çəkilmiş kartonun ağzına siqaret qoyaraq onu yandırıb. Daha sonra kiçik hava sorucu qurğu vasitəsilə siqaretin yanıb kül olmasını izləyib.
Eksperimenti tamamladıqdan sonra qurğunun içərisinə qoyduğu təmiz pambığı çıxardaraq izləyicilərə göstərib. Siqaretdən əvvəl ağ rəngdə olan pambıq siqarətdən sonra saralıb.
Bununla o, bir ədəd siqaretin belə, insan orqanizminə, ciyərlərə vurduğu ziyanı göstırməyə çalışıb.
Sosial şəbəkələrdə izləmə rekordu qıran həmin görüntüləri təqdim edirik. (publika.az)
https://youtu.be/-OnWF8ou8U4

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir