Siqaretin insan orqanizminə zərərləri – Mütəxəssis rəyi
İlk baxışdan bizə adi görünsə də siqaret bizim orqanizmimizdə böyük miqdarda hüceyrələrin məhvinə səbəb olur. Siqaret tütün bitkisinin (nicotina tobacum ) qurudulmuş olan yarpaqlarından hazırlanır. Siqaretin tüstüsündə 4.000-ə qədər kimyəvi maddənin olduğu müəyyənləşdirilib.Bildiyimiz kimi siqaretin tüstüsü də insan orqanizmi üçün zərərlidir. Bunlardan ən zərərlisi nikotin, qatran, CO və xərçəng yarada bilən maddələrdən ibarətdir. Əgər 100-120 mq miqdarında nikotin hər hansı bir adamın damarına vurulsa, bu halda həmin adam ölür. Amma həmin həcmdə 100-120mq maddənin cəmi 2 qutu siqaretin tərkibində olmasıdır. Məlumdur ki, gündə 2 qutu siqaret çəkən insanlar çoxdur. Sual olunur: Onlar zəhərlənmirlər? Onlar yavaş -yavaş zəhərlənirlər.
Siqaretin həzm sisteminə zərərləri:
1.İştahanı pozur
2.Həzm prosesini çətinləşdirir
3. Dişləri saraldır
4.Mədə yarasına səbəb olur
5. Dodaq, dil və yemək borusu xərçənginin yaranmasına səbəb olur.
Siqaretin qan dövranına olan zərərləri:
1. Damar divarlarının elastikliyinin azalmasına səbəb olur (Ateroskloroz)
2.Qol və qıç damarlarında tıxanmalar əməmlə gəlir. Qanqrena olur. Əl və ayaqların kəsilməsi ,şikəstliyə səbəb olur.
3.Beyni qidalandıran damarlarda elastikliyin azalmasına səbəb olur. İflicolma hadisələri meydana çıxır.
4.Ürək xəstəliklərinin, xüsusilə ürək əzələsinin infarktlarının əmələ gəlməsinə zəmin yaradır. Miokard infarktı bu gün ölkəmizdə və dünyada ölümə ən çox səbəb olan xəstəliklərdən biridir.
Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə, həm infarkt, həm də infarktdan ölüm hadisələri 10 dəfədən çox müşahidə edilir.
Tənəffüs sistemi orqanlarına zərərləri:
1. Bronxitlərdə
2.Pnevmoniyada
3. Ağciyər vərəmində
4.Ağciyər xərçəngində
Hər 13 saniyədən bir insan siqaretlə bağlı xəstəlikdən həyatını itirir. Hər il dünyada 250.000 insan siqaret üzündən həyatını itirir. Ölümlərin əsas birinci yerdə olanı ağciyər xərçəngi, ikinci yerdə olanı ürək-damar xəstəlikləri dayanır. Siqaret çəkənlər çəkmiyənlərə nisbətən on qat daha çox ağciyər xərçənginə tutulur. Siqaret çəkən kişilərin 40%i hələ təqaüd yaşına gəlmədən həyatını itirirlər. Bu nisbət siqaret çəkmiyənlərdə 18%dir.
ÜST-nin məlumatına görə, 2030-cu ilə qədər siqaret çəkənlərin sayının azalması ölüm hallarının 80% azalmasına gətirib çıxarır. ÜST 1970-ci ildən start verdiyi siqaretə qarşı mübarizə kompaniyası öz nəticələrii verdi. Beləki, siqaret çəkənlərin sayı azaldı. 1998-ci ildən siqaret istehsalçıları üçün siqaretin tərkibindəki zərərli maddələri qutuların üzərinə məcbur olundu.
Siqaret çəkənlərdə xərçəng xəstəliyi ağır keçir. Belə ki, KİV-nin verdiyi məlumata görə, siqaret çəkən insanlarda xəstəlik güclü ağrılarla keçir. Siqaret çəkməklə genonun fəallığı arasında əlaqəni ilk dəfə öyrənən alimlər iddia edirlər ki, orqanizmə düşən siqaret tüstüsü 300-dən çox genin funksiyasını pozur. Orta statistik siqaret istifadəçisi gündə təxminən 15 siqaret çəkir. İnkişaf etməkdə olan ölkələrdə insanlarda 1 şəxs gündə orta hesabla 14 siqaret çəkir.
Araşdırmalar göstərir ki, siqaret çəkən şəxs çəkməyənlə müqayisədə 13-14 il az yaşayır. Siqaret insan ömrünü 5 dəq 30 san azaldır. Almaniya dövlətinin xərçəng xəstəliyi üzrə araşdırmalar mərkəzinin gəldiyi qənaətə görə hər il 3300 insan ətrafında siqaret çəkən insanların çəkdikləri siqaretin tüstüsündən qeyri-iradi olaraq nəfəs aldıqlarına görə müxtəlif xəstəliklərə tutularaq ölürlər. Almaniyada yeniyetmələr arasında siqaretin səbəb olduğu ürək xəstəliklərindən, ürək dayanmalarından ölənlərin sayı 2140, trombdan ölənlərin sayı 770 və xərçəng xəstəliklərindən öləmlərin sayı 260 olduğunu təsdiqləmişdir. Həmçinin Almaniyada hər il 170.000 uşaq ana bətnində ananın siqaret çəkməsi səbəbindən böyük təhlükə və zərərə məruz qalır. Eləcədə 8000.000 uşaq və yeniyetmə yaşlarına çatmamışlar, bir və ya hər iki valideynin siqaret çəkdiyi ailələrdə yaşayırlar. Avropa ölkələri ictimai yerlərdə siqaret çəkməyi qadağan etmişdir.
UNUTMAYIN!
1.Son siqaretimizdən 20 dəqiqə sonra qan təzyiqi, ürək döyüntüsü, əl-ayaq istiliyimiz normallaşır.
2. 8 saat sonar qanımızda nikotin və karbon monooksidin səviyyəsi yarıya düşür və qanımızda oksigenin səviyyəsi normallaşır.
3. 24 saat sonar karbon monooksid vücudumuzda qalmır, ağciyərlərimiz siqaretin yaratdığı bəlğəmi təmizləməyə və miokard infarktı riskini azaltmağa başlayır.
4. 48 saat sonar orqanizmdəki nikotin tamailə təmizlənir, iy və dadbilməmiz normallaşır.
5. 72 saat sonra nəfəsalmamız asanlaşır və enerjimiz artır.
6. 2-12 həftə sonar qan dövranımız normallaşır, ağciyərlərimizin funksiyaları 30% artır.
7. 3-9 ay sonar öskürək və sinədəki xışıltılar azalır, nəfəsalmamız yaxşılaşır və ağciyərlərimizin infeksiyalara qarşı müqaviməti artır.
8. 1il sonar ürək xəstəliyi riskimiz siqaret çəkməyə davam edən insanın riskindən aşağı düşür.
9. 5il sonar ağız və qırtlaq xərçəngindən ölmə riskini azaldır.
10. 10 il sonar ağciyər xərçənginə düçarolma riskiniz aşağı düşür və ürək xəstəliklərinə tutulma riskiniz heç siqaret çəkməyən insanla eyni tutulur.
11. 15 il sonar iflickeçirmə miokard infarktı olma riskiniz heç siqaret çəkməyənlə eyni səviyyəyə enir.
31 may Beynəlxalq Siqaretsiz gün kimi qeyd olunur.
Tükəzban Novruzova
Azərbaycan Respublikası “Səhhət“ ictimai fondunun üzvü həkim-eksperti pulmonoloq-ftiziatr