Siqaretin zərərləri və onun qadağası
Siqaret günümüzün ən aktual mövzularından biridir. Həm insan sağlamlığına, həm də maddi durumuna zərər vurur. Siqaretin çəkən insana və ətrafındakılara zərərləri haqqında çox insanlar məlumatlıdır. Ancaq, hələ də ölkəmizdə əksər insanlar tərəfindən istifadə olunur. Siqaretin cəmiyyətə vurduğu zərər anidən hiss olunmasa da, tədricən hər kəs tərəfindən hiss ediləcək. İnsan ömrünü qısaltmaqdan tutmuş, müxtəlif xəstəliklərə qədər bir çox problemlər yaradır. 100-120 milliqram nikotin hər hansı bir şəxsin damarına yeridilərsə, onun ölümünə səbəb ola bilər. Məsələnin maraqlı cəhəti həmin miqdarda, yəni 100-120 milliqram miqdarındakı nikotinin cəmi iki qutu siqaretdə olmasıdır.
Məlumdur ki, gündə iki qutu siqaret çəkən insanlar çoxdur. Onlar bəs nə üçün zəhərlənmirlər, – deyə soruşula bilər. Buna cavab olaraq göstərmək lazımdır ki, əslində bütün siqaret çəkənlər yavaş-yavaş zəhərlənirlər. Siqaret çəkənlərin birdən-birə zəhərlənərək ölməmələrinin səbəbi isə onların siqareti yandıraraq çəkmələridir. Daha doğrusu, siqaret yandırılarkən, nikotin havaya yayılır və onun yalnız müəyyən bir hissəsi insan orqanizminə keçir. Sadəcə bir siqaretlə orqanizmə 1,2-2 milliqram nikotin keçə bilir. Avstraliyada aparılmış tədqiqat göstərmişdir ki, psixi pozğunluqları olan adamlar sağlam adamlara nisbətən 4 dəfə çox siqaret çəkirlər. Psixoanalitiklərin fikrincə, siqaretçəkmə ağız zonasının qıcıqlanması ilə əlaqədardır. Amerikalı alimlərin fikrincə, səhər tezdən siqaret çəkənlərin qanında nikotinin miqdarı sonrakı dövrlərə görə daha çox olur. Xatırladaq ki, nikotin siqaretin tərkibindəki kanserogen – xərçəng törədən onlarca maddədən biridir və ümumi zəhərləyici təsirə malikdir.
Ölkəmizdə bu mövzu uzun illərdir aktuallığını qoruyub saxlayır. Bir neçə dəfə Milli Məclisdə müzakirə olunsa da, əsas qərar 2017-ci il də qəbul edildi. Bir çox ölkələrdə olduğu kimi artıq Azərbaycanda da bəzi yerlərdə siqaret çəkilməsinə qadağa qoyuldu.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin son variantında əksini tapıb.
Qanun layihəsinin 10-cu (Tütün çəkilməsinə icazə verilməyən yerlər) maddəsinə görə, həmin yerlər bunlardır:
– təhsil və tərbiyə müəssisələri, onların əraziləri;
– səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);
– mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
– idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;
– restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)
– ticarət obyektləri;
– məişət obyektləri;
– sosial xidmət müəssisələri;
– yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);
– teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;
– uşaq meydançaları;
– yerüstü qapalı və yeraltı piyada keçidləri;
– müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;
– metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;
– hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);
– tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri;
– liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər;
– taksafonlar;
– yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr;
Maddədə o da göstərilir ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan olunmasını yuxarıda sadalanan qadağan olunmuş yerlərdə “tütün çəkmək qadağandır!” yazısının və ya işarəsinin olmasını təmin etməlidir. Tütün çəkmək üçün ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir.
Milli Məclisin bu qərarı insanları zərərli vərdişdən daşındırmaq üçün atılmış müsbət addımlardandır. İctimai yerlərdə siqaretin çəkilməməsi ilə bağlı qadağa nəticəsində siqaretdən asılılıq halları azalacağı güman olunur. Həm indiki dövrümüz, həm də gələcəyimiz üçün atılmış addımda cəmiyyəti daha yaxşı, təmiz hala gətirmək mümkün olacaqdır. Çox insanın siqaretə gənc yaşda başladığını düşünsək, qadağa sağlam gənclik üçün də nəzərdə tutulmuşdur. Zərərli vərdişi olmayan gənclər sağlam və uğurlu gələcəyin təminatıdır.
purchasing cialis online In the present study, we determine the influence of the length of the huntingtin protein on cell death