Siz də gerçək müsəlman olmaq istəyirsinizmi ?
Müsəlman Allah`ın yer üzünə bəxş etdiyi ən gözəl və ən üstün varlıqdır. Allah Rəsulu salləllahu əleyhi və səlləm bu varlığı üstün edəcək bir sıra özəlliklər bildirmişdir.
Gəlin bu özəllikləri həyatımıza tətbiq etməklə gerçək bir müsəlman şəxsiyyətini ortaya qoyaq:
“Mömünlər bir-birinə zülm etməzlər”. (Buxari/Məzalim 3)
“Müsəlman müsəlmana xəyanət etməz”. (Müslim/Birr 32)
“Müsəlman müsəlmanın qiybətini etməz”. (Müslim/Birr 70)
“Qardaşına kömək edər”. (Müslim/Zikr 37-38)
“Cənnətə girməyin yolu, iman və məhəbbətdən keçər”. (Müslim/İman 93)
“Qardaşı ilə qarşılaşdıqda salam verər”. (Əbu Davud/Ədəb 135)
“Allah üçün sevər, Allah üçün ziyarət edər”. (Əbu Davud/Ədəb 113 )
“Mömin qardaşından dua istər”. (Əbu Davud/Vitr 23)
“Bir vücud kimidirlər”. (Buxari/Salat 66)
“Qardaşına həsəd aparmaz, nifrət etməz”. (Müslim/Birr 32)
“Onun satışı üzərinə satış etməz. (Buxari/Büyü 64)
“Pis zənndən qorunsun”. (Müslim/Birr 28-34)
“Müsəlmanların gizli hallarını araşdırmaz”. (Əbu Davud/Ədəb 37)
“Heç bir yaxşılığı az görməz”. (Müslim/Birr 144)
“Müsəlmanın başına gələn fəlakətə sevinməz”. (Tirmizi/Qiyamət 54)
“Müsəlmana “Ey kafir!” deyə xitab etməz”. (Buxari/Ədəb 73; Müslim/İman 111)
“Uzun müddət küsülü və incikli qalmaz”. (Buxari/Ədəb 62)
“Özü üçün istədiyini, qardaşı üçün də istəyər”. (Buxari/İman 7)
“Müsəlman qardaşını qonaq edər”. (Buxari/Ədəb 31)
“Qardaşına yük olmaz”. (Müslim/Luqata 25,16)
“Qul haqqına diqqət edər”. (Buxari/Əhkam 20)
“Hər cür vəziyyətdə qardaşına kömək edər”. (Buxari/Məzalim 4)
“Müsəlmanın müsəlman üzərində haqları vardır”. (Müslim/Səlam 4)
“Xəstələndikdə (qardaşını) ziyarət edər”. (Müslim/Birr 40,42)
“Cənazənin arxasınca dua edər”. (Əbu Davud/Cənaiz)