Bizimsesimiz.info  // Sloveniya başda olmaqla bir sıra Avropa ölkəsinin Fələstini müstəqil dövlət kimi tanıması gözlənilir.

Bu barədə “Times of Israel”den Rafael Ahrene xəbər verib. Xəbərə görə, Sloveniyanın İsraildəki səfiri Barbara Susnik ölkəsinin tezliklə Fələstin dövlətinin tanınması istiqamətində səs verəcəyini təsdiq edib.

Səfir Fələstinin tanınmasının İsrailə düşmənçilik kimi görülməməli olduğunu bildirərək, “İsrail ilə yaxşı münasibətlər qurmaqda qərarlıyıq.

Təl-Əvivdəki səfirliyimiz 1994-cü ilin yayında açılıb. Təəssüf ki, İsrail heç vaxt Sloveniyada səfirlik açmayıb”, – deyib.

Bununla yanaşı, Sloveniya hökuməti məsələni parlamentə çıxarıb. 31 yanvarda Sloveniya Parlamenti Xarici İşlər Komitəsinin bu məsələ üzərində ilk səsvermə keçirməsi gözlənilir. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here