SOCAR və “Qazprom” Rusiyadan Azərbaycana qaz ixracını müzakirə edib

Bizimsesimiz.info // Sankt-Peterburqda SOCAR prezidenti Rövnəq Abdullayev və Rusiyanın “Qazprom” şirkətinin  rəhbəri Aleksey Miller arasında görüş keçirilib.

Bu barədə “Qazprom” Şirkətinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Rusiyadan Azərbaycana qaz ixracı müzakirə edilib.

Qeyd edək ki, “Qazprom” 2000-2006-cı illərdə Azərbaycana qaz ixrac edib, “Şahdəniz” yatağının istismara başlanmasından sonra Rusiyadan qaz ixracı dayandırılıb. // APA

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.