Soçi görüşü sona çatdı

Bizimsesimiz.info // Suriyanın taleyində kritik əhəmiyyət daşıyan üçtərəfli Soçi görüşü sona çatdı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Iran prezidenti Həsən Rihani və ev sahibi Rusiya prezidenti Vladimir Putin 6 ildir vətəndaş müharibəsinin pəncəsində olan Suriyanın aqibətini müzakirə etdilər.

Üç ölkə liderlərinin təkbətək görüşlərindən sonra mətbuat konfransı keçirildi.

Ev sahibi Vladimir Putin Suriya Milli Dialoq  Konqresi ilə əlaqədar razılıq əldə olunduğunu bildirdi.

Rusiya prezidenti:”Suriyalılar öz talelərini özləri həll etməlidirlər. Suriyanın iqtisadi və sosial həyatının bərpası üçün fikir mübadiləsi apardıq”dedi.

İran prezidenti Həsən Rihani Suriya Milli Konqresində ölkədəki bütün tərəflərin iştirakının vacibliyini qeyd etdi.

Ruhani:”Bu konqres Suriyanın yeni konstitusiya hazırlıqlarına zəmin yaradacaq”deyə danışdı.

İran prezidenti hər kəsə təhlükəsiz və azad Suriya seçkilərinin şahidi olmağı arzuladı.

Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək:”Terrorist ünsürlərin bu prosesdən kənar tutulması bizim üçün prioritet məsələ olaraq qalır”dedi.

Türkiyə prezidenti Astana danışıqlarının Suriyada atəşkəs və deeskalasiya zonaları məsələləri ilə bağlı faydalı nəticələrini xatırlatdı, Cenevrə danışıqlarının davamlı həll istiqamətindəki rolunu qeyd etdi.

Ərdoğan bu görüşdə atılan addımların uğurunun Suriya rejimindən və digər aktyorlardan asılı olduğunu vurğuladı, üç liderin Suriyanın milli birliyi və ərazi bütövlüyünü təsdiq etdiyini söylədi.

Türkiyənin dövlət başçısı bir daha ölkəsinin milli təhlükəsizliyinə qəsd edən terror təşkilatı ilə eyni masanın arxasında oturmayacağını bəyan edərək:”Əli qanlı bir dəstəni qanuni tərəf olataq qəbul edə bilmərik”dedi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.