Bizimsesimiz.info  // Almaniyada həddindən artıq sağçı Almaniya üçün Alternativ Partiyasının (AFD) Brandenburq əyaləti Havelland Region sədr müavini Artur Vaqner müsəlman oldu.

Bu barədə məlumat “Tagesspiegel” qəzetində yazılıb.

Müsəlmanlığı qəbul etməsiylə bağlı danışmaq istəməyən A.Vaqner sadəcə: “Bu, şəxsi məsələdir” ifadəsini işlədib.

Almaniya üçün Alternativ Partiyasının Brandenburq əyaləti üzrə sədri Andreas Kalbitz “Maerkische Allgemeine Zeitung” qəzetinə verdiyi açıqlamada Vaqnerin müsəlman olmasıyla bağlı deylənləri təsdiqləyib. A.Kalbitz onu da bildirib ki, Vaqner 11 yanvarda AFD Brandenburq əyalət təşkilatının idarə heyəti üzvlüyündən şəxsi səbəblərə ayrılıb.

Partiyanın digər üzvü Daniel Fris (Friese) isə insanların dinlərini seçməsinin şəxsi məsələ olduğunu bildirərək deyib: “Bizim üçün bu, problem deyil. Partiyanın böyük bir hissəsi üçün də bir problem olacağını düşünmürəm”. //trt

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here