Bizimsesimiz.info

7 ci əsrin sonu 6 cı əsrin əvvəllərində sinfi ziddiyyətlər daha da şiddətlənir. Aristotel “Afina politiyası” adlı əsərində yazırdı ki, xalqın çox hissəsi azlığın əsarəti altına idi. Xalq əsilzadələrə qarşı üsyan etdi.

Bu dövrdə Solon Afinanın siyasi həyatına atılmış olur. Mənşə etibarı ilə evpatritlərə, əmlakına görə orta təbəqəyə mənsub olan Solon ermazdan əvvəl 594 cü ildə arxont və və esiment seçilir. Hər iki sinif Solonun şəxsində öz numayəndəsini görür və onu yeni qanunlar tərtib etmək üçün ən yararlı namizəd hesab edirlər.
Demosun güclü təzyiqi altında Solon bir sıra mühüm qanunlar həyata keçirmişdi. Bu qanunlar borc qəbaləsini Kəndlilərin torpaq borclarını ləğv edir; afinalıları kölə kimi satılmağı qadağan edir; sənətkarlığın və ticarətin xeyli dərəcədə canlanmasını təmin edirdi.

Solonun borcları ləğv etmək haqqında vermiş olduğu qanun seysaxtiya adlanır. Bu qanun əslində iri torpaq sahiblərinə qarşı yönəlmişdi. Solonun məqsədi kiçik torpaq sahiblərini böyük torpaq sahinlərinin əsarətindən qurtarmaq idi. Solona qədər yoxsulların torpaqları girrov qoyulurdu. Girov qoyulmuş torpaq sahələrinə üstündə girov şərtləri olan daşlar bastırılırdı. İslahata görə bu daşlar çıxarılıb atılır. Bununla da kiçik torpaq sahibləri əsarətdən qurtulmuş olurdular. Bu tədbir kənd təsərrüfatı istehsalının inkişafına geniş imkanlar yaratmaqla bərabər nəsli əsilzadələrə böyük zərbə vurmuş olurdu. Lakin Demosun əsas tələblərindən biri torpaqların yenidən bölüşdürülməsi tələbi Solon tərəfindən həyata keçirilmədi.
Solonun dövlət quruluşu sahəsində vermiş olduğu əsas islahat əmlak senzi ilə əlaqədar olub demokratiya adlanır.

Solonun islahatları Afinanın siyasi quruluşunda da müəyyən yeniliklər yaratdı. Areopaqla yanaşı yeni bir orqan olan 400-lər şurası yaradıldı. Geniş funksiyalara malik olan 400-lər şurası xalq iclasları arasındakı dövrdə cari idarə işləri ilə məşğul olurdu. Solondan əvvəlki dövrdə öz əhəmiyyətini tamamilə itirmiş xalq yığıncağları bu dövrdə böyük əhəmiiyət kəsb etməyə başlayır. Solonun yaratmış olduğu ən demokratik orqanlardan biri xalq məhkəməsi idi.

Şaiq Əliyev – Qərbi Kaspi Univertetinin Tətbiqi Politologiya Mərkəzinin Tarixçilər Qrupunun araşdırmacısı

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here