Somalidəki partlayışda ölənlərin sayı artır
Bizimsesimiz.info // Somalinin paytaxtı Moqadişoda “Safari” otelinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 189 nəfərə çatıbm 250 nəfər yaralanıb.
Məlumata görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bundan öncə partlayış nəticəsində 40 nəfərin öldüyü bildirilmişdi.
Somalili rəsmiləri məsələyə dair hələ ki, rəsmi rəqəmləri açıqlamayıblar. Rəsmilər ölü sayının artmasından narahatdırlar.
Somali prezidenti Məhəmməd Abdullahi Məhəmməd faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib. Prezident ölkə vətəndaşlarını yaralılara qan verməyə çağırıb.