2012-2017-ci illərdə 2 milyondan çox vətəndaş Rusiya qanunvericiliyini pozduğuna görə Rusiyanın hakimiyyət orqanları onların bu ölkəyə gəlişinə qadağa qoyub, 540 mindən çox insan Rusiyadan deportasiya edilib.

Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya məsələləri üzrə Baş idarəsinin rəis müavini Valentina Kazakova bu məlumatları Dövlət Dumasının MDB məsələləri Komitəsinin iclasında səsləndirib.

AZƏRTAC xəbər verir ki, V.Kazakovanın sözlərinə görə, bu illər ərzində 14 milyondan çox əcnəbi vətəndaşın fotoşəkli çəkilib, onlar daktiloskopik müayinədən keçirilib. Bu prosedur əcnəbi vətəndaşların ölkəyə gəlişi zamanı həyata keçirilməlidir ki, məsələn, yol hərəkəti qaydalarını kobud şəkildə pozan insanlar yenidən Rusiyaya gələ bilməsinlər.

V.Kazakova deyib: “Yol hərəkəti qaydalarının və miqrasiya qanunvericiliyinin pozulmasına görə bu kateqoriyaya aid şəxslərin ölkəmizə gəlişinə imkan verilmir. Lakin insanlar özlərinə aid müəyyən məlumatları dəyişdirərək ölkəyə gələ bilərlər. Buna görə də biz deyirik ki, daktiloskopiya proseduru RF-yə gələrkən, yəni sərhəddə həyata keçirilməlidir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here