Bizimsesimiz.info // Almaniyanın Düsseldorf hava limanı vasitəilə Azərbaycan, Ermənistan və Gürcüstandan miqrantların kütləvi surətdə deportasiyasına başlanılıb.

BiG.AZ xəbər verir ki, bu barədə məlumatı rp-online.de yayıb. Belə ki, Almaniyada sığınacaq üçün edilən müraciətlərinə Düsseldorf siyasi orqanlarının təhlilindən sonra cavab veriləcək.

12 nəfərin ölümü ilə nəticələnən Berlindəki terror aktından sonra Daxili İşlər naziri Tomas de Mezyer miqrantlarla bağlı yoxlamaların kəskinləşməsini vəd etmişdi.

Qeyd edək ki, Almaniya hökuməti son illərdə qaçqınların sayının kəskin şəkildə artması üçün mübarizə tədbirlərinə başlayıblar. Daxil olan məlumatlara görə bu ilin noyabr ayına görə Almaniyadan 23.750 miqrantın deportasiya olunacağı bildirilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here