Bizimsesimiz.info // Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı qondarma “DQR”-in “prezidenti” Bako Saakyan “Səfərbərlik haqqında” qanun imzalayıb.

Ermənistanın işğalçı rejiminin səfərbərlik gedişinin Füzulinin Alxanlı kəndində mülki azərbaycanlıların öldürülməsindən bir gün sonra etməsi də təsadüfə bənzəmir. Hesab etmək olar ki, düşmən yeni təxribat hücumlarına hazırlaşır.

Ermənistan mediasında da Qarabağda müharibənin başlayacağı haqda informasiyalar yayır.

“1in.am” saytı cəbhədə baş verənlərə diqqət çəkərək, “Nəticədə böyük müharibə olacaq” deyə yazır. Eynilə müharibə təbliğatını digər erməni saytları da davam etdirirlər. // publika.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here