Son dəqiqə: İslam Əməkdaşlıq Təşkilatı Türkiyənin çağırışı ilə təcili toplanır – Məscidi-Əqsaya görə Gündəm, TOP xəbər
Bizimsesimiz.info // İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Türkiyənin çağırışı ilə Məscidi-Əqsaya dair son prosesləri müzakirə etmək üçün 1 Avqustda İstanbulda fövqəladə toplantı keçirəcək.
Avropa.info xəbər verir ki, Türkiyə Xarici işlər Nazirliyi İƏT-nın dönəm və icraiyyə komitəsinin sədri Türkiyənin çağırışı ilə Məscidi-Əqsaya dair son prosesləri müzakirə etmək üçün xarici işlər nazirləri səviyyəsində avqustin 1-də İstanbulda fövqəladə toplantı keçirələcəyini açıqlayıb.
Qeyd edək ki, bu gün ilk dəfə İsrail tərəfi fələstinlilərə Məscidi-Əqsada cümə namazı qılmalarına icazə vermişdi. İsrail hökuməti məscidə yalnız 50 yaşdan yuxarı kişilərin və qadınların girə biləcəyini açıqlamışdı.
Məscidi-Əqsaya yaxın namaz qılan fələstinlilərə İsrail əsgərləri hücum edib. Qarşıdruma nəticəsində 1 nəfər fələstinli gənc öldürülüb.