Bizimsesimiz.info // İllərdir Türkiyədə izlənmə rekordları qıran, Azərbaycanda yüzminlərlə izləyicisi olan “Kurtlar Vadisi” yeni filmini təqdim etdi. İstiPress-in məlumatına görə, “Kurtlar Vadisi Vatan”ın ilk anonsu yayımlanıb.

İndiyə qədər “Kurtlar Vadisi İraq”,”Kurtlar Vadisi Gladio” və “Kurtlar Vadisi Fələstin” adlı filmləri ilə tamaşaçıları sevindirən, eyni adlı serialın istehsalçısı olan “Pana Film”in yeni filminin əsas müzakirə mövzusu ötən il Türkiyədə vermiş dövlət çevrilişə cəhddir.

Film sentyarın 29-da ekranlara çıxacaq. Necati Şaşmazın (Polad Alemdar) baş rolu ifa etdiyi filmin çəkilişləri 5 həftə davam edib.

Aktyor serialla bağlı da açıqlama verib. O, 10 ildən artıq davam edən serialın adının dəyişdiyini və “Kurtlar Vadisi xaos” adlanacağını deyib. Serial gələn ilin əvəllərindən ekrana qayıdacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here