Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 239 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334 917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 626 nəfər müalicə olunaraq sağalıb, 4 948 nəfər vəfat edib. 2 343 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8158, bu günə qədər isə ümumilikdə 3 589 231 test icra olunub.
İyunun 8-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38 466 doza vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 394, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 5 072 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 624 876-a bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 679 448, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 945 428 nəfərdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here