Bizimsesimiz.info // ABŞ-lı milyarder iş adamı Corc Soros İsveçrənin Davos şəhərində 48-ci Dünya İqtisadi Forumundakı açıqlamalarıyla ABŞ prezidenti Donald Tramp rəhbərliyini hədəfə alıb.

Bu barədə “Bloomberg News” xəbər verib. Xəbərə görə, 87 yaşlı Macarıstan əsilli milyarder “Tramp rəhbərliyini dünya üçün bir təhlükə kimi görürəm.

Ancaq bunun 2020-ci ilədək, ya da daha qısa müddətdə ortadan yox olacaq tamamilə keçici bir fenomen olduğunu hesab edirəm”, – deyib.

Xatırladaq ki, Soros daha əvvəl miqrantlarla bağlı qadağa səbəbiylə Demokrat prokurorlarla Prezident Trampa yönəlik bir sıra işdə əməkdaşlıq etmişdi. // Sputnik

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here