Soydaşımız Qırğızıstanda prezidentliyə namizəd oldu – FOTO
Bizimsesimiz.info // Soydaşımız Qırğızıstan Respublikasının Prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
Bu barədə Moderator.az -a məlumatı namizədin özü – Nüsrət Məmmədov verib.
Qırğızıstan Respublikasının Mərkəzi Seçki Komissiyası Prezidentlik vəzifəsinə Qırğızıstan vətəndaşı Nüsrət Musa oğlu Məmmədovun namizədliyini qəbul edib.
N. Məmmədov 1957-ci ildə doğulub və Qırğızıstan vətəndaşıdır. N.Məmmədov Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fonduna rəhbərlik edir.
Soydaşımıza uğurlar arzulayırıq.