Moskvalı Kristina Makeyeva ilk dəfə deyil ki, bigpicture oxucularını özünün peyzajları əks etdirən atəşfəşanlı fotoları ilə sevindirir. Kristinanın donmuş Baykalda gəzərkən çəkdiyi yeni fotoları diqqətinizə çatdırırıq.
Kristina istedadlı fotoqrafdır. Onun heyrət doğuran fotolarına baxanda istər-istəməz fotoqrafın olduğu gözəl yerlərin şaxtalı təravətini hiss edirsən.
Müqəddəs Baykal gölü dünyada ən dərin və təmiz göldür. Buz burada kristal billur kimi təmizdir: qırx metr dərinlikdə hər şey görünür-yaşıl daşlar, balıqlar.
Qışda Baykal yaydakından da gözəldir, amma havanın temperaturu mənfi 20 dərəcədən yuxarı qalxmır.
Baykal buzunun qalınlığı metryarım-iki metrdir, amma o qədər şəffafdır ki, bu heç hiss olunmur, yalnız çatlar əmələ gəlmiş yerlərdə dərinliyi görmək olar.
Göl seysmik aktiv bölgədə yerləşir, il ərzində burda bir neçə yüz zəlzələ baş verir. Amma, onlar o qədər zəif olur ki, onu yalnız yüksək həssaslığı olan avadanlıqların köməyilə qeyd etmək mümkündür.
Qışda Baykalın buzu o qədər möhkəmdir ki, 50 sm qalınlığı olan yerlərdə 15 ton ağırlığında avtomobili saxlaya bilər.
Üfiqi çatlar buzun bütün qalınlığından keçir. Bu çatlara görə göldə yaşayan heyvanlar və bitkilər oksigen alırlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here