Şri-Lankada Osmanlı məktəbinin bünövrəsi qoyuldu

Bizimsesimiz.info // Şri-Lankada müsəlmanların yaşadığı kənddə Osmanlı məktəbinin təməli mərasimlə atılıb.

Sadakataşı Dərnəyi və xeyriyyəçi bir iş adamının dəstəyilə Şri-Lankanın şimal-qərbindəki Puttalam şəhərinə bağlı Əqsa kəndində inşa edilən 50 şagirdlik və iki dərslikli məktəbin bünövrəsi qoyulub. Təxminən 100 kvadrat metrlik sahədə inşa edilən məktəbin 4 aya bitməsi planlaşdırılır.

Proqrama əsasən kiçik yaşlı uşaqlara Qurani-Kərim öyrədiləcək, uşaqlar cəmiyyət üçün faydalı fərdlər olaraq yetişdiriləcək, İslam dəyərləri aşılanacaq.