SSRİ süqut edəndə qonaqlıq verdim – Kikabidze

SSRİ-nin süqutuna çox sevinirdim.

Kult.az xəbər verir ki, bunu “Döyçe Velle”radiosuna müsahibəsində məşhur gürcü müğənni Vaxtanq Kikabidze deib.

“Bu süquta görə, qonaqlıq da verdim. Uşaqlar o zaman oturub, möhkəm içdilər. Bu hadisəylə bağlı olanlar qeyri-adi şeylər danışdılar. Yəqin SSRİ dağılmasaydı, onlar həyatı boyunca ağızlarını açmayacaqdılar. Bu, əlbəttə ki, şok idi, amma biz artıq bunun baş verəcəyini hiss edirdik” – deyə o bildirib.

O, həmçinin SSRİ gerbinə də nifrət etdiyini deyib. Kikabidze bununla belə SSRİ zamanında insanların bir-birinə daha çox hörmət etdiyini də etiraf edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir