Bizimsesimiz.info  // “Həyat Təhrir əş-Şam” (əvvəllər “Cəbhət ən-Nüsrə”-red.) terror qruplaşması Suriyanın İdlib bölgəsində Rusiyaya məxsus “Su-25” təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə APA  “Reuters”yə istinadən xəbər verir.

Qeyd edək ki, fevralın 3-də günorta saatlarında Suriyanın İdlib əyalətində Rusiyaya məxsus “Su-25” tipli təyyarə vurulub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilot katapult etməyə imkan tapa bilib, lakin silahlılarla döyüşərək həlak olub.

Təyyarənin səyyar zenit-raket kompleksindən vurulduğu bildirilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here