Sumqayıt Dövlət Dram Tetarı yeni mövsümə “Ocaq”la başlayacaq

Bizimsesimiz.info // Müxtəlif janrlarda uğurlu tamaşalar hazırlayan  Sumqayıt Dövlət Dram Teatrı  qırx doqquzuncu teatr mövsümünü  yeni tamaşa ilə açacaq.  Premyerası  keçiriləcək  “Ocaq” (Turgut Özakman) psixoloji dramı əməkdar artist Firudin Məhərrəmovun yozumunda səhnə həlli tapıb.

Bir ailənin iztirab və təbəddülatları konteksində cəmiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açılır.

Tamaşada rol alan  əməkdar artistlər Növrəstə Həşimova, Fəranə Musayeva, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiev, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, Habil Xanlarov, Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı və Amil Babayev  psixoloji nüansları məharətlə  ifa edir.

Tamaşa sentyabrın 27-də saat 19-00-da başlanır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir