Sumqayıt şəhərində avtomobil piyada qadını vuraraq öldürüb
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 28-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində Xaçmaz rayon sakini Nahid Eldarov idarə etdiyi “Jeep Grand Cheroke” markalı avtomobillə yolu keçən şəhər sakini Mətanət Qürbətovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.