Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün sonuncu – XXVIII turunun 3 oyunu keçirilib.

Bununla da avrokuboklara 3-cü vəsiqə və bürünc medalın sahibi müəyyənləşib.

Səfərdə “Səbail”i minimal hesabla məğlub edən “Sumqayıt” xallarını 39-a çatdıraraq, mövsümü 3-cü pillədə bitirib. Qonaqlara qələbə qazandıran yeganə qola 43-cü dəqiqədə Murad Xaçayev imza atıb. 90+3-cü dəqiqədə “dənizçilər”in müdafiəçisi Adil Nağıyev qırmızı vərəqə görərək, komandasını azlıqda qoyub. “Gənclik şəhəri” təmsilçisi 2021/2022 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. Komanda tarixi ərzində ilk dəfə medal qazanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here