Adətən dünyanın bütün şəhərlərində saat qüllələri ən dəqiq işləyən saatlar hesab edildiyindən insanlar da saatlarını onlara uyğun tənzimləyirlər. Londonun rəmzi olan Big Ben, Adanada Böyük saat, elə Bakı bulvarındakı məhhur Saat Qülləsi də bu qəbildəndir.
Qüllə saatlar bir qayda olaraq şəhərə yaraşıq verir, görüş yeri sayılır, həmçinin bir qayda olaraq şəhərin görməli yelərində ucaldılır ki, insanlar praktik baxımdan da ondan yararlansınlar, saatın neçə olmasını uzaqdan belə görə bilsinlər və istiqaməti düzgün müəyyən etsinlər.
Bir çox şəhərlərdə hətta saat qüllələri, saatdan çox (çoxu telefonunda saata baxa bilər) şəhərin vizit kartı ,simvolu  turistlər üçün görməli yeri sayılır. Sumqayıtda da bir neçə saat qülləsi var ki, onlar Big Ben kimi arxitektura abidəsi baxımından möhtəşəm, məşhur, qədimi olmasa da, sakinlər üçün əhəmiyyət daşıyır. Hər halda onlara büdcədən külli miqdarda vəsait xərclənib və xərclənir.
Ancaq Sumqayıtda, bütün dünyanın əksinə olaraq şəhərin ən əsas, ən dəqiq saatı sayıla biləcək saatları, ən səhv işləyənlərdir və ya ümumiyyətlə işləmirlər.
Saat qülələrinin hər 3-ü şəhərin gözəgəlimli yerində; biri Sülh küçəsində, düz şəhərin girəcəyində (avtovağzalla üzbəüz), 2-ci onun yaxınlığında 36-cı məhəllədə,yolun kənarındakı binanın yan tərəfində, 3-cüsü  isə 9-cu mikrorayondakı Heydər Əliyev parkının girəcəyindədir (hündürlüyü 8 metrdir).
Bu saatlardan 1-cisi ümumiyyətlə çoxdandır işləmir, 2-cisi 5-10 dəqiqə fərqlə səhv işləyir, Heydər Əliyev parkındakı saatın isə elektron monitoru pozulub, 1 saatdan çox geri qalmaqla düz işləmir. Və bu vəziyyət uzun müddətdir ki, belə davam edir.
Əlbəttə, saat problem ola bilsin qlobal məsələ deyil və Sumqayıtda kifayət qədər həllini gözləyən başqa problemlər də var. Amma  bu da bir göstəricidir.
Əgər bu saatlar işləməyəcək, yaxud səhv işləyəcəksə, onda saat qülləsinin inşa edilməsinin nə mənası vardı?!
Ümumiyyətlə, aidiyyətli qurumlar üçün  usta-mütəxəssis tapıb saatları düzəltdirmək və bunu nəzarətdə saxlamaq bu qədər çətindirmi?!
yenisabah.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here