Bizimsesimiz.info // Sumqayıtda ötən müddət ərzində 5000-ə yaxın sahibsiz heyvan zərərsizləşdirilərək Sumqayıt Məişət Tullantıları Poliqonuna göndərilib.

Bu sözləri Xeberle.com-a açıqlamasında Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Məhəmməd Məmmədov deyib. M.Məmmədov qeyd edib ki, şəhərin məhəllə və mikrorayonlarında olan küçə itləri xüsusi torbalarla tutularaq traktorlarla zibil poliqonuna daşınır:

“Heyvanlar poliqonda hasarlanmış sahədə saxlanılırlar. Şəhərdən nə gedirsə, onunla qidalanır, orda yeyirlər və orda da ömürlərinin sonuna qədər qalırlar”.
M.Məmmədov sözlərinə onu da əlavə edib ki, Sumqayıt şəhərinin sahibsiz heyvanlardan təmizlənməsi işləri bundan sonra da davam etdiriləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here