Sumqayıt Dövlət Dram Teatrının aktyoru Habil Xanlarov yaşadığı acınacaqlı vəziyyətlə bağlı Feysbuk sosial şəbəkəsində paylaşım edib.
Bizimsesimiz.info həmin paylaşımı təqdim edir:
“Bilirəm bir çoxlarınız bəlkə də bu paylaşımıma görə məni qınayacaqsınız. Amma, məcburam… 30 ildir dayanmadan, yorulmadan Azərbaycan mədəniyyətinin keşiyindəyəm. 100-ə yaxın əsərdə ən çox baş obrazları canlandırmışam. 50-ə yaxın film və seriallarda rol almışam. Ömür necə gəldi keçdi bilmədim. Bir dəfə də olsun vəziyyətlə bağlı bir qapı döymədim. Uğurlu işərimə gorə yalnız quru sagoldan başqa heçnəyə nail olmadım… Verilən boş vədlərlə özumlə bərabər başçılıq etdiyim böyük bir ailəmi də bu ağır səraitlə barışmağa məcbur etdim. 30 ilə yaxındır məcburi köçkün kimi qeydiyyatda olduğum Sumqayıt şəhər 27 saylı məktəbin həyətində istismar müddəti başa çatmış bir daxmada yaşayıram. Orada yalnız mənim ailəm yaşayır. Gözdən uzaq, unudulmuş, heç bir yardım olunmayan bir azərbaycanlı ailəsi. Xidmətlərimə görə mən də fəxri adlarla, mükafatlarla mükafatlandırılmalıydım. Yayın istisində, qışın oğlan çağında dövlət tədbirlərində obrazlara uyğun geyimlərlə mənə tapşırılan işin öhdəsindən layiqincə gəlmişəm. Artiq dözmək və gözləməyə taqətim qalmayıb. Aldığım əmək haqqı göturdüýum faiz və borcları belə ödəmir… Mən də, yaradıcı insan kimi dincəlmək, uşaqlarımı rütubətsiz, ən azından insan yaşaya biləcək bir yerdə böyütmək istəyirəm. Aidiyyatı qurumlardan, Mədəniyyət nazirliyindən, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən, Sumqayıt şəhər icra hakimiyyətindən, xalqımın imkanlı iş adamlarından köməklik istəyirəm. Bilirəm, coxlarınızın bəlkə də bu vəziyyətdə yaşamağımı və bu statusu yaza biləcəyimi gözləmirdiniz. Məcburam. Hamınızdan üzr istəyirəm”.

Sumqayıtda aktyordan fəryad: "Artıq dözməyə və gözləməyə taqətim qalmayıb" - FOTO

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here