Sumqayıtda bədbəxt hadisə nəticəsində ölən hansı qurumun əməkdaşıdır?

Sumqayıtda qazıntı aparılan ərazidə uçqun hadisəsi baş verib.
Xeberle.com-un verdiyi məlumata görə hadisə Yaşmada, tubanın qaz sızmasını yoxlayarkən meydana gəlib və nəticədə 3 nəfər dağıntı altında qalıb. Onlardan ikisini xilas etmək mümkün olsa da, biri dünyasını dəyişib. Dağıntı altında qalan hər üç nəfərin “Qaz-İxrac” İdarəsində Abşeron magistral qaz kəmərləri sahəsinin işçisi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişən şəxs 1986-cı il təvəllüdlü Abbasov Ramil Qabil oğludur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir