Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb
Sumqayıt şəhərində istehsalat zamanı bədbəxt hadisə baş verib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Bakının 1991-ci il təvəllüdlü Yasamal rayon sakini Quluzadə Fərhad Mətləb oğlu STP (Sumqayıt Texnologiyalar Parkı) ərazisində işlədiyi zavodların birində hündürlükdən yıxılaraq ölüb.
Hadisə ehtiyatsızlıqdan baş verib. Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Mingəçevirdə yelləncəkdə boğazına kəndir dolanan uşaq boğularaq ölüb.