Sumqayıtda ilk yolu və binaları onlar tikiblər – TARİX
Sovet İttifaqı rəhbərliyi Abşeron yarımadasını ağır sənaye mərkəzinə çevirmək qərarına gəlir. Bu məqsədlə Abşeronda ikinci bir sənaye mərkəzi tikmək planlaşdırırlır. İlk tikinti işləri 1938-ci ildə başlanır. Lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi.
Xeberle.com-un verdiyi məlumata görə, Sumqayıtda məskunlaşan alman, avstriya və macarlar ilk növbədə taxta baraklar, yataqxanalar, işləmək üçün emalatxanalar tikiblər. İlk Boru Prokat Zavodunun sexləri də bu xarici məhbuslar tərəfindən tikilib. Bu zavodda 2600 əsir işləyib. Sumqayıtda ilk yolun çəkilişi isə alman məhbusu Rixart Fukkert tərəfindən həyata keçirilib. 1949-cu ildə Sumqayıt şəhər statusu alandan sonra 4,5,17, 18-ci məhəllələrdə tikilən evlər alman məhbuslarının əməyidir. Hansı ki, hazırda sumqayıtlılar arasında onlara “Nemeçski evlər” deyilir.
Sumqayıtda alman əsirlərinin dəfn olunduğu məzarlıqda var.
Qeyd edək ki, Sumqayıtda olan qəbirlərdən 269-u alman, 28-i Avstriya, 14-ü macar vətəndaşlarına aiddir.