Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri zamanı piyada ölümlərinin artması narahatlıq doğurur.

Son zamanların statisistikasını təhlil etdikdə isə piyayadaların bir çox hallarda məhz piyada zolağını keçməsi zamanı vurluması müəyyən etmək olar. Bu ilin 9 ayı ərzində 483 piyada vurma hadisəsi qeydə alınıb ki, bu da respublika üzrə ümumi hadisələrin 41.2%-ni təşkil edir. Yol qəzalarında həlak olan 504 nəfərdən 230-u piyada olub.

Bu statistikadan belə qənaətə gəlmək olur ki, son vaxtlar piyada vurmaları çoxalıb və ümumi qəzaların az qala yarısı məhz piyadaların avtomobillərlə vurulması nəticəsində baş vermiş qəzalardır.

Sakinlər isə yaranmış durumdan narahatlıqlarını ifadə edirlər: “Təəssüf ki, piyada ölümlərinin faizi, əhalisinə görə ölkənin 2-ci şəhəri olan Sumqayıtda da yüksəkdir. Bunun da səbəbi Sumqayıtda yollarda piyadaların təhlükəsizliyinin normal, lazımi səviyyədə təmin olnunmamasıdır. Ümumiyyətlə, Sumqayıtda yol-nəqliyyat hadisələri haqda rəsmi məlumat yayılmır”.

“Rəsmi statistika olmasa belə, elə “Google”da axtarışda “Sumqayıtda piyada ölümü qəza ” və kimi bu kimi sözlər yazanda burada piyada ölümü ilə nəticələnən kifayət qədər yol qəzaları haqda məlumata rast gəlmək olar. Elə 10-15 gün bundan qabaq Ü.Hacıbəyov küçəsində 13-mikrorayon sakini olan qadın və uşağı maşın vurub,qadın ölüb, uşaq isə ağır xəsarət alıb”, – sakinlər deyirlər.

Onların sözlərinə görə, əksər hallarda mətbuatda işıqlanandan sonra da olsa müəyyən təhlükəli yollara sfetaforlar quraşdırıldığından, piyada keçidləri çəkildiyindən həmin yerlərdə piyadalar üçün təhlükəsizlik nisbətən təmin olunub: “Piyada ölümlərinə və xəsarətlərinə əsas səbəblərdən biri də (baxmayaraq ki, müəyyən tədbirlər görülür) Sumqayıtda piayadalar üçün ölüm küçələrinin, lənətlənmiş, kabus adlanan yolların hələ də qalmasıdır”.

Sakinlərin Arqument.az-a verdiyi məlumata görə, indiyədək “ölüm küçələri”nin reytinqində Babək küçəsinin “Hiper”, “Qayalı” marketlərinə keçən yol idisə, artıq bu sarıdan birinci yeri Üzeyir Hacıbəyov dairəsi və ya 6-nın “kruqu” da adlanan, Niyazi, Üzeyir Hacıbəyov, Zülfi Hacıyev küçələrinin kəsişdiyi, yeddi yolun birləşdiyi ərazinin ətrafı tutub.

Səbəb isə burada maşınların piyadalara yol verilb-verilməməsinə nəzarət edilməməsi, sürət həddinin yüksək olması, nəzarət kameralarının , piyada nişanlarının olmaması, işıqlandırmanın zəif olmasıdır: “Təsəvvür edin, ətrafda əhalinin sıx yaşadığı, avtomobillərin intensiv və çox hərəkət etdiyi, 20-30 avtobus marşrutunun işlədiyi, 7 yolun, Corat, Qızılqum qəsəbəsinin, 6-cı,13-cü, 9-cu mikrorayonun, çoxsaylı çoxmərtəbəli binaların yerləşdiyi, tədris mərkəzinin, bankın, böyük musiqi məktəbinin, 2 parkın (Üzeyir Hacıbəyov, Heydər Əliyev parkı) çoxlu sayda ticarət və sairə obyektlərin olduğu yerdə bir dənə də olsun işıqfor yoxdur, piyada keçidi isə azdır, olanlar da vaxtında boyanmır. Piyadaların yol hərəkəti qaydalarını mütəmadi olaraq pozması burada adi hal alsa da, buna müdaxilə, ciddi təsir mexanizmləri, demək olar ki, yoxdur. Ümumiyyətlə ətraf yaşayış yeri olduğundan burada yollarda sürət həddinin aşağı salınmasına ehtiyac var. Məsələn 60 km/saatdan 30-a ya 40-a”.

Araşdırmalar göstərir ki, sürət həddi aşağı salınan yerlərdə ölümlə nəticələnən hadisələr, demək olar ki, olmur: “”Bravo” supermarketindən Üzeyir Hacıbəyov parkına ümumiyyətlə piyada zolağı yoxdur. Halbuki minlərlə adam yolu keçib ora gedir.Piyada zolağı var,amma ticarət mərkəzinin daxili girişində. Bu supermarketin açılıçından əvvəl -avqust ayında Üzeyir Hacıbəyov küçəsinin hər iki yoluna asfalt örtüyü döşənib.Təbii ki,olan piyada keçidləri zolağı da silinib. Amma da keçidlər 2 aydır laqeydlikdən təzədən çəkilməyib”.

Avtomobil yollarında prospekt və küçələrində işıqforların quraşdırılması Baş Dövlət Yol Polis İdarəsinin nəzdində olan Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi tərəfindən aparılır.

“Günün birinci yarısında adıçəkilən ərazidəki yollarda nisbətən sakitçilik olsa da, hər axşam , ələlxüsus pik vaxtlarda -18.00 -20.00 arası burada əməlli-başlı xaos yaranır, piyadalar yolu rahat, stessiz,təhlükəsiz keçə bilmir. Axşamlar buradan avtobillərlərin çoxluğundan hətta tıxac yaranır. Bu səbəbdən valideyinlər uşaqlara bu yollardan tək keçməyə buraxmır ki,pis yoldur. Deyilən ərazidə əksər sürücülər piyadalara yol vermir, hətta piyada keçidində. Çünki nəzarət yoxdur. Sürücü piyada keçidinə 5 metr qalmış idarə etdiyi nəqliyyat vasitəsini saxlamalıdır, ya azaltmalıdır. Amma əksər hallarda saxlamırlar, azaltmırlar”.

Piyada kimə şikayət etsin?!

Sakinlər deyirlər ki, ərazidə ərazidə ümumiyyətlə piyada keçidi yoxdur: “Çıxış yolu isə əraziyə hərəkəti tənzimləyən, təhlükəsizliyi təmin edən işıqforların qoyulmasıdır. Çünki sürücülər piyada keçidinə baxmırlar, ancaq sfetafora riayət edirlər.v Ümumiyyətlə bu ərazidə yerüstü və ya yeraltı keçidə ehtiyac var. Ən azı işqıqfor qoylmalıdır ki, piyadalar rahat yolu keçə bilsin”.

“İllər əvvəl oxşar mənzərə keçmiş “Şərq Bazarı” deyilən ərazinin ətrafında da yaşanırdı, amma yolun hər iki tərəfində 3-4 dənə işıqfor qoyandan sonra burada tez-tez baş verən piyada ölümləri, qəzaların sayı azaldı. Aidiyyatı qurumların yaranmış acınacaqlı vəziyyətə bağlı təcili tədbir görməsi lazımdır. Hər gün laqeydlik hər gün kiminsə ölümü, xəsarət olması,təhlükə deməkdir… Ümid edirik ki, aidiyyatı qurumlar bu problemi yaxın zamanlrda həll edəcək, piyadalar bu ərazilərdən keçəndə çətinlik çəkməyəcəklər”, – sakinlər belə deyirlər.

Baş Dövlət Yol Polis İdarəsindən şikayətə münasibət öyrənmək mümkün olmayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here