Sumqayıtda Uşaq İncəsənət Məktəbin önündəki skripkaçının yayı yoxa çıxıb – FOTO

Sumqayıt şəhərində, Heydər Əliyev adına parkın sonunda, 9-cu mikrorayon ərazisində 2016-cı ildə istifadəyə verilmiş S.Rüstəmov adına 3№-li Uşaq İncəsənət Məktəbin önündəki heykəlin skripkasının yayı xeyli vaxtdır “yoxa çıxıb”.

Bu barədə NOCOMMENT.az-a şəhər sakinləri məlumat veriblər.

Şəhər sakinləri bildirir ki, abidənin detalı müammalı şəkildə yoxa çıxsa da, bu günə qədər onun bərpası həyata keçirilməyib.

Heykəl skripkanı beləcə “virtual çalır”. Görəsən buna kim məsuldur?!

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.