Sumqayıtda yaşıllıqla bərabər gediş-gəliş yeri, hətta oturacaqlar da sulanır – VİDEO
Sumqayıt bulvarı sumqayıtlıların və Sumqayıta gələn qonaqların yay aylarında sevimli istirahət yerlərindən biridir. Amma bu bulvarda da neqativ hallar az deyil. Aşağıdakı kadrlardan görünür ki, bulvardakı yaşıl sahə su şırnağı ilə sulanır. Amma elə sulanır ki, hətta insanların gedib-gəldiyi yeri, hətta oturacaqları da yaş edir. Əlbəttə, yaşıllığı sulamaq, özü də yay vaxtı mütləq lazımdır, amma bulvar rəhbərliyi su şırnağını elə qurmalı idi ki, bu, sakinlərin istirahətinə, oturmasına, gedib-gəlməsinə əngəl olmasın, onlarda narahatçılıq doğurmasın.
faktxeber.com