Sumqayıtın mərkəzi küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun adı verilib.
Bu barədə Sumqayıt İcra Hakimiyyətinin başçısı müvafiq sərəncam imzalayıb.
Artıq sözügedən küçəyə ünvan lövhələri də vurulub.
Xatırladaq ki, həmin küçənin əvvəlki adı Məşədi Əzizbəyov olub.
P.Həşimov Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə bitirən P. Həşimov taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksəlib.
P.Həşimov14 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

P.Həşimov iyulun 15-də II Fəxri xiyabanda torpağa tapşırılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here