Bizimsesimiz.info // “ABŞ Rusiyadan ehtiyat etməməlidir. Çünki, ABŞ öz keçmiş rəqibini – SSRİ-ni, həm də ən pis aspektlərdə yamsılayır”.

Publika.az xəbər verir ki, bunu ABŞ Hərbi-Hava Qüvvələrinin istefada olan polkovniki Uilyam Estor “The Nation” nəşrinə yazıb.

O, 2001-ci ildə “The Atlantic” nəşrində dərc etdiyi məqaləni xatırladıb. Uilyam Estor məqaləsində “Rusiyanın sonu”nu elan etmişdi. Estorun sözlərinə görə, 16 il sonra aydın oldu ki, Rusiya barədə verdiyi hökmlə tələsib.

“Amma əksinə, ABŞ üçün dönməz tənəzzül tipikdir. ABŞ-da həqiqətən sovet problemi var. Real “qırmızı təhlükə” Amerikanın öz daxilindədir. 1986-cı ildə, Amerika hərbçisi olaraq, SSRİ məsələləri üzrə məxfi brifinqə baş çəkmişdim. Brifinqdə Sovet İttifaqı imperialist dövləti kimi təqdim edilmişdi. Bildirilmişdi ki, SSRİ nüvə hökmranlığına cəhd edir, dissidentləri təqib edir, daxili problemlər diqqətlə gizlədilir, iqtisadiyyatı isə silah satışlarından asılı idi. SSRİ-nin bütün bu problemləri indi ABŞ-da baş verir”, – ehtiyatda olan polkovnik bildirib.

O, bir sıra nümunələr gətirib. Xüsusi halda, qeyd edib ki, indi ölkədə 17 xüsusi xidmət orqanı işləyir və onların saxlanılmasına hər il 80 milyard dollar gedir: “Bundan başqa, ABŞ iqtisadiyyatı silah ixracından asılıdır. Donald Trampın Səudiyyə Ərəbistanına bu yaxınlardakı səfəri üçün əsas səbəb 110 milyard dollarlıq silah satışı üzrə saziş idi. Vaşinqton nüvə arsenalının genişmiqyaslı müasirləşdirilməsinə ən yaxın 30-35 ildə trilyon dollar yaxın xərcləməyi planlaşdırır.

Uilyam Estor ABŞ-ın “qeyri-rəsmi imperiya” adlandırılmasını şərh edib: “ABŞ hərfi mənada imperiya deyil. Bu sözü vaxtilə romalılar və britaniyalıların tutduğu ərazilərlə bağlı tətbiq edirdilər. Amma indi bütün dünyada ABŞ-ın təxminən 800 hərbi bazası var və Amerika xüsusi xidmət orqanları hər il dünyanın 130-dan çox ölkəsində hərəkət edir. Burada “qeyri-rəsmi” heç nə yoxdur. ABŞ-da həmçinin daxili problemlər çoxdur. Ölkədə hər il zəhərlənmədən 30 min insan ölür. Miçiqan və Yeni Orlean kimi şəhərlərdə qurğuşunla daim zəhərlənirlər. Ohayo və Oklahoma və Ohayo ştatlarında şist qazının çıxarılması zəlzələlərə səbəb olur. Prezident administrasiyası vətəndaşlara sığorta ödəmələrinin məbləğini azaltmağa çalışır”.

Ehtiyatda olan polkovnik bildirib ki, ABŞ yalnız bu və başqa problemləri həll edərək öz daxilindəki “real Rusiya problemi”ndən qurtula biləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here