Bizimsesimiz.info // Suriya Milli Dialoq Konqresi Rusiyanın Soçi şəhərində işə başlayır.

Terror təşkilatı PKK/PYD iclasda iştirak etmir.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura (Staffan de Mistura) da Soçidəki iclasda iştirak edəcək.

Bununla bağlı qərar Rusiyanın “Soçinin nəticəsinin Cenevrədə müzakirə olunacağ” barədə vəd verməsilə qəbul edilib.

Avstriyanın paytaxtı Vyanada 25-26 yanvar tarixlərində keçirilən Suriya mövzulu xüsusi yığıncaqdan sonra rəsmi Riyadın dəstəklədiyi Suriya müxalifə də Soçidə iştirak etməmə qərarına gəlmişdi.

Soçi toplantısında Suriyanın gələcəyi müzakirə ediləcək, yeni əsas qanun üçün komissiya qurulması müzakirə olunacaq.

Konqresdən əvvəl Türkiyə diplomatiya danıqışlarını davam etdirdi.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu rus həmkarı Sergey Lavrov ilə telefonla danışdı.

Görüşdə Milli Dialoq Konqresi üçün keçirilən hazırlıqlar müzakirə olundu.

Konqresin möhtəməl nəticələrilə əlaqəli fikir mübadiləsi aparıldı.

İki həmkar yarıca Suriyadakı son durumu qiymətləndirdi.

Soçi konfransı ilə əlaqəli bir detal isə konfransın emblemində ortaya çıxdı.

Dəvətnamələrdə isə istifadə edilən emblemdə “zeytun budağı” fiqurundan istifadə edilməsi diqqət çəkdi.

Loqoya yeni formasının “Zeytun Budağı” əməliyyatından sonra verildiyi güman edilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here