Bizimsesimiz.info // Türkiyənin Hatay sərhədində olan Suriyanın İdlib şəhəri çölündə, üzərində kamera və çip olan quş ələ keçirilib.
Moderator.az türk mətbuatına istinadən xəbər verir ki, Suriyanın İdlib çölündə olan Azad Suriya Ordusunun əsgərləri havada diqqəti çəkən bir quş görür. Quşun hər gün davamlı eyni bölgə üzərində uçması, bölgədə olan müxaliflərin diqqətini çəkir. Açılan atəş nəticəsində ölü olaraq ələ keçirilən quşun üzərində kamera və çip olduğunu aşkarlanır.
İlkin araşdırma nəticəsində ələ keçirilən materialların və quşun İsrail mənşəli olduğunu məlum olub. Ələ keçirilən quşun kim tərəfindən, nə üçün bölgəyə göndərildiyi və bölgədə başqa quş olub olmadığı araşdırılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here