Suriya Türkiyəyə uzanan dəmir yolu xətti inşa edə bilər

Bizimsesimiz.info // Suriya nəqliyyat naziri Əli Hamud münaqişələrin Suriyanın infrastrukturuna vurduğu zərər və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrdən danışıb.

Hamud münaqişələrin ölkə infrastrukturuna vurduğu zərəri aradan qaldırmaq üçün 4.7 milyard dollar sərmayə qoyulmalı olacağını proqnozlaşdırıb.

Böhranın əvvəlindən bu yana əhəmiyyətli nəqliyyat şəbəkəsi əlaqələrinin, Fərat çayı üstündəkilər də daxil olmaqla 50 avtomobil körpüsünün və 17 dəmiryol körpüsünün dağıdıldığını qeyd edən Hamud “Ümumilikdə şəhərlərarası yolların 50 faizi, yəni 4.095 kilometr yol məhv edilib.

Mövcud 2.400 kilometrlik yolun 75 faizi də zərər görüb”, – sözlərini dilə gətirib. Digər tərəfdən, Hamud gələcəkdə həyata keçirilməsi vacib olan layihələrdə diqqəti ölkə daxilindəki nəqliyyat şəbəkəsini düzəltməyə yönəldəcəklərini bildirib.

Nazir növbəti mərhələdə İraq, İran və İordaniya ilə yəqin ki, Türkiyə və Çinə uzanan dəmir yolu xətləri inşa etməyi planlaşdırdıqlarını vurğulayıb.

Hamud Tartus və Lazkiyədəki limanları genişləndirməyi planlaşdırdıqlarını da qeyd edib. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir