Suriyada ABŞ-ın bombardımanı nəticəsində 14 dinc sakin şəhid olub
Bizimsesimiz.info // Aviazərbə Deyr-əz-Zor şəhərinə endirilib
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın Deyr-əz-Zor şəhərinə endirdiyi hava zərbələri nəticəsində az 14 dinc sakin həyatını itirib, daha 32 nəfər yaralanıb.
Bizimsesimiz.info “Report”a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Suriyanın dövlət televiziyasına istinadən “Reuters” məlumat yayıb.
Bombardımana hökumət qüvvələrinin nəzarəti altında olan Əl-Qusur məhəlləsi məruz qalıb.
Londonda yerləşən “İnsan haqlarına riayət olunması üzrə Suriya Monitorinq Mərkəzi” qeyri-hökumət təşkilatı öz növbəsində, Deyr-əz-Zorun bombalanması nəticəsində 22 nəfərin öldüyünü xəbər verib.