Suriyada neytral bölgə yaradılması barədə razılığa gəlindi

Bizimsesimiz.info  // İordaniya, Rusiya və Amerika Birləşmiş Ştatları Suriyanin cənubunda neytral zona yaradılması barədə razılığa gəldi.

İordaniya İnformasiya naziri və hökumət sözçüsü Məhəmməd Mumeni ABŞ, Rusiya və İordaniya rəsmilərinin paytaxt Ammanda bir araya gələrək Suriyanın cənubunda neytral zonası yaradılması məsələsində razılığa gəldiklərini bildirib: “Müqavilə Suriyada şiddət hadisələrini dayandırmaq və böhranın siyasi həllini tapmaq məqsədilə birgə üçlü səylər çərçivəsində atılmış bir addımdır. Yeni müqavilə həm də üç ölkənin 7 iyulda Suriyanın cənub-qərbindəki təmas nöqtələri boyu atəşkəs təmin edilməsilə bağlı görülən tədbirləri dəstəkləyir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir