Suriyada Xanım Zeynəb hərəmini qoruyan iranlı general həlak olub – FOTO

Bizimsesimiz.info // Suriyada İranın daha bir generalı, “Fatihin” taborunun komandiri Abdullah Xosravi həlak olub.

Abdullah Xosravinin Suriya ordusuna və hərəm müdafiəçiləri könüllülərinə yardım etdiyi qeyd edilir. Onun Suriya-İraq sərhədində yerləşən Badia bölgəsində terrorçularla gedən döyüşlərdə həlak olduğu bildirilir.

Qeyd edək ki, Abdullah Xosravi Suriyada Xanım Zeynəb hərəmini qoruyan iranlı könüllülərə kömək edirdi.

8 il sürən İran-İraq müharibəsində iştirak etdiyi bildirilən iranlı general üçün doğulduğu Ərak şəhərində dəfn mərasiminin keçiriləcəyi qeyd edilib. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir