Suriyada yaralanan rus polkovnik öldü

Bizimsesimiz.info // Rusiyalı polkovnik Valeri Fedyanin bu gün Moskvadakı hospitalda ölüb. Modern.az xəbər verir ki, bu barədə  Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 22 sentyabrda polkovnik Valeri Fedyanin Suriyanın Həma bölgəsinə humanitar yardımın çatdırılması ilə məşğul olub. Onun da olduğu maşın keçərkən, terrorçular minanı partladıb və nəticədə polkovnik çoxsaylı yara alıb.

 

Suriyadan gətirilən və Moskvada hospitala yerləşdirilən polkovnik bu gün ölüb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir